Siyavuş Novruzova irad bildirildi: "Deputat olmurlar,seçilirlər"

Siyavuş Novruzova irad bildirildi: "Deputat olmurlar,seçilirlər" 

“Biri hörmətli Siyavuş müəllimə desin ki, normalda deputat olmurlar, deputat seçilirlər.

Oğlu yeni nəsil nümayəndəsidir, o yəqin ki, deputat olmaq yox, deputat seçilmək istəyir”.

 Bunu ekspert Natiq Cəfərli millət vəkili Siyavuş Novruzovun “oğlum deputat olmaq istəyir” ifadəsinə cavabında deyib. 

N. Cəfərli fikrinə belə davam edib: “Br də onu deyin ki, deputat peşə, sənət deyil, seçkili təmsilçilikdir, əvvəl insan gərək oxusun, öyrənsin, özünə sənət, peşə qazansın, peşəkər olsun, ictimai rəydə önə çıxsın, cəmiyyətə dolğun, düzgün, düşündürücü mesajlar versin, sonra isə deputat seçkilərinə qatılıb cəmiyyət arasında topladığı nüfuzu səsə, dəstəyə çevirməyə çalışsın. Yəni dağdan düşüb deputat seçilmək mümkün deyil, amma deputat təyin edilmək, yəni olmaq mümkündür”.Yeni Sabah.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər