“SOCAR Georgia” benzini bahalaşdırıb

“SOCAR Georgia” benzini bahalaşdırıb 

İyul ayında Gürcüstanda yanacaqdoldurma məntəqələrində benzinin qiymətində artım qeydə alınıb.

APA.az-ın  Gürcüstan bürosu xəbər verir ki, bahalaşma bu ölkədə fəaliyyət göstərən “SOCAR Georgia” şirkətinə məxsus yanacaqdoldurma məntəqələrində də qeydə alınıb. Artım 5 tetri təşkil edib.

Hazırda ölkə ərazisində 1 litr benzinə olan qiymət 2,53-2,59 lari arasında dəyişir. Bahalaşmanın larinin dollar qarşısında ucuzlaşması və yanacaq qiymətlərinin artması ilə əlaqəli olduğu bildirilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər