SOCAR-IN"28 MAY" NQÇİ-NİN MÜHƏNDİSİ NARAZILIQ EDİR

SOCAR-IN"28 MAY" NQÇİ-NİN MÜHƏNDİSİ NARAZILIQ EDİR 

""Xəzər İAŞƏ" MMC-nin digər sahələrdə olduğu kimi, bizdə də ödənişli xidmət göstərməsini tələb edirik"

Tezadlar.az-ın redaksiyasına Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov 7C, mənzil 7-də yaşayan, SOCAR-ın "28 May" NQÇİ-nin QİHN və KTS-nin SKS-də mühəndis vəzifəsində çalışan Abdullayev Elman Nəriman oğlunun  şikayət ərizəsi daxil olub.

Şikayətçi yazır:

"Hörmətli redaksiya!

Mən - Abdullayev Elman Nəriman oğlu 2010-cu ildən SOCAR-ın "28 May" NQÇİ-nin QİHN və KTS-nin SKS-də mühəndis vəzifəsində işləyirəm.

Əfsuslar olsun ki, SOCAR və onun bütün sahələrində günümüzdə ümid, cəsarət, sədaqət və güvən kimi mənəvi dəyərlər nə qədər çox vurğulansa da, bu dəyərlərin əvəzinə onların tam əksi olan şeylər gündəlik həyatımızın bir  parcası olub. Bunun üçün də SOCAR-ın digər sahələrində olduğu kimi, bizim də işlədiyimiz sahədə uzun müddətdir ardı-arası kəsilməyən, həllini tapa bilməyən, hələ də  baş verməkdə davam edən problem  və haqsızlıqları diqqətə çatdırmaq istəyirəm.

Bu dəfə sahəmizin rəis müavini  İsmayıl Zalovun iştirakı ilə həmişə olduğu kimi, ənənəvi hal xarakteri almış, tez-tez təkrarlanan (demək olar ki, hər həftə) idarə tərəfindən təqib və təhdid xarakterli əmrlərin müzakirəsindən sonra işçilərimiz növbəti dəfə yenə SOCAR məmurlarının gizli himayəsində olan FKQT-dan (Fəhlə kollektiv qidalanma təhcizatı) hesabda "Xəzər İAŞƏ" MMC sayılan şirkətdən narazılıqlarını bildirməli oldular.

İclasdan sonra  işçilər tərəfindən qidaların saxlanma ambarına baxış keçirilməsi tələbi rəis müavini İ.Zalov və sosial işlərə cavabdeh olan “komendant” Fuad İsmayılov tərəfindən rədd edilsə də, çoxsaylı isrardan sonra baxışa  razılıq verildi.

12.04.2024-cü il tarixdə rəis müavini İ.Zalov, stansiyanın digər nümayəndəsi, stansiyanın bəzi mühəndisləri və işçiləri tərəfindən aparılan baxış zamanı həqiqətən də selofan bağlamanın içərisində qana bulaşmış mənşəyi məlum olmayan, preslənmiş halda, müsəlman mental standartlarından kənar, keyfiyyət sertifikatı olmayan təxminən 20 kq-a qədər ət məhsulu, o cümlədən növbəti gün üçün  hazırlanmalı olan menyuya dünənki menyudan qalmış toyuq ətinin  hissələri və digər ərzaqlar aşkarlandı.

Bu haqda yerində AKT tərtib edildi və işçilər tərəfindən israrla həmin ət və digər ərzaqların ləğv edilməsi tələbi qoyuldu. Təbii ki, biz  işçilərin xeyrinə olan məsələlərin həll olunmamasının arxasında SOCAR-ın bəzi məmurlarının maraq dairələri dayanır. Bizə verilən vədlərə baxmayaraq, həmin məhsullar dolayı yollarla  təkrar emal edilərək yenidən istifadəyə buraxıldı. Yenidən bu iş böyük narazılığa səbəb olsa da, nə rəis müavini İ.Zalov, nə də bu işə cavabdeh olan kəslər və heç nəyə  məhəl qoymayan özbaşına - özündən razı "Xəzər İAŞƏ" MMC ilə birgə yenidən tutduqları yolu təkrarlamaq qərarını dəyişmədi. Növbəti narazı toplumu susdurmaq üçün rəis müavini İ.Zalova "Xəzər İAŞƏ" MMC-nin xüsusi təlimatla sahəmizə göndərilən yeni aşpazı Nurağa Əliyev tərəfindən təqdim etdiyi menyulardan razı qalmayan işciləri təhdid və susdurmaq üçün "Xəzər İAŞƏ" MMC-nin qadın işçisinə sataşmaq kimi böhtan xarakterli şikayətlər etdildi. Bundan sonra da təşkil edilən böhtanlardan istifadə edərək  rəis müavini İ.Zalov öz  himayədarı Elman Hacıyev tərəfidən aldığı təlimatların  əsasında işçiləri izahatlar almaqla təhdid etməyə başladı.

"Xəzər İAŞƏ" MMC işçiləri dəyişməklə onları "zəif bənd" kimi təqdim edərək, bütün problemləri onların ayağına yazaraq özlərini sığortalamış hesab edir.

Öncə baş vermiş insidentlərdən sonra ertəsi gün 2024-cü il aprelin 12-13-də sahənin rəis müavini İ.Zalov idarə rəisinin müavini Elman Hacıyevdən aldığı təlimat əsasında sahədə tərtib olunan AKT-ın qisasını almaq üçün  qeyri-ciddi səbəbləri irad tutaraq işçilərdən təhdidlə izahat tələb etməyə başladı. Bu haqsızlığa, özbaşınalığa, dözməyərək iş yoldaşlarımın tapdanan hüquqlarını qorumaq qərarına gəldim.

Bundan sonra idarənin rəhbərliyi və "Azneft" İstehsalat Birliyinin səlahiyyətli nümayəndələri tərəfindən təhdid olunmağa başladım. Bunu barəmdə verilən töhmətlər və aidiyyəti qurumlara göndərdiyim ərizələr və aldığım cavab məktubları sübut edir.

Hörmətli redaksiya!

Yeri gəlmişkən  qeyd edim ki, Səbail rayon prokurorluğuna ünvanladığım məktuba prokurorluq yox, "Azneft" İB-nin Baş direkoru Əli Qurbanov özü cavab verib.

Ə.Qurbanovun imzaladığı cavab məktubunda bildirilir: "Hörmətli Elman Abdullayev! Sizin Bakı şəhəri Səbail rayon prokuroru, baş ədliyyə müşaviri cənab Natiq Əsədova ünvanladığınız 06.02.2024-cü il tarixli oxşar məzmunlu ərizəniz "Azneft" İB-nin aidiyyəti əməkdaşları tərəfindən yerində və sizin iştirakınızla araşdırılmışdır. Ərizənizdə göstərilənlərin araşdırılması məqsədilə "28 May" NQÇİ-nin QİHN və KTS-də fəaliyyət göstərən yeməkxanasına və yeməkxananın mətbəxinə, həmçinin qida məhsullarının saxlanıldığı ərzaq anbarlarına baxış keçirilmiş, işçilərə verilən isti yeməklərin və qida məhsullarının keyfiyyəti araşdırılmış, lakin heç bir neqativ hal aşkarlanmamışdır.

Ərizənizdə qeyd etdiyiniz digər məsələ - gündəlik ayrılan ərzaq məhsullarının dəyərinin nağd olaraq sizə ödənilməsi ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Respublikası Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin SOCAR181000030300030020A00013 nömrəli 06.12.2018-ci il tarixili Əmr-Qərarının 3-cü bəndinə əsasən Neft Daşları ərazisində yerləşən QİHN və KTS-nin SKS-də çalışan, habelə həmin obyektlərə ezam olunan və göndərilən işçilər gündəlik pulsuz isti yeməklə təmin edilir və onlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına uyğun gündəlik yemək xərcləri əvəzinə əlavə ödəniş tətbiq edilmir. Odur ki, gündəlik yemək xərcləri əvəzinə əlavə ödənişin işçiyə ödənilməsi məqsəduyğun hesab edilmədiyindən həmin vəsaitin sizə ödənilməsi mümkün deyildir".

Məsələ ondadır ki, Baş direktor Ə.Qurbanovun mənim ərizəmə verdiyi cavabla sahəmizdə işçilər və sahənin rəhbərliyi, digər mühəndislər tərəfindən 12.04.2024 tarixində tərtib olunmuş ATK tam ziddiyət təşkil edir. Demək olar ki, Ə.Qurbanov özü öz fikirlərini təkzib etir. İllər boyunca SOCAR işçilərinin  sosial hüquqlarının kobud şəkildə pozulmsına göz yumur, özbaşınalıq və haqsızlıqlar  son 20 ildə pik həddə çatıb. 

Hörmətli redaksiya!

04.05.2024-çü il tarixində səhhətimdə yaranan çiddi problem barəsində ərizə və arayışları sizə təqdim etmişəm. Ölkəmizdə səhiyyə və tibbi sığortanın qənaətbəxş olmaması haqda da müəyyən məlumatlar vermişəm. İllərlə məcburi qaydada davam etdirilən məsələlərin həllinin  çıxış yolunu - sağlamlığın  qarantisini təmin etməkdə görürəm. Qaranti isə SOCAR  məmurlarının biznes maraqlarının qurbanı olmamaq və aparılan sosial xidmətin ödənişli olmasını yerində təşkil və təmin  etməsidir!   

Bütün bu və digər baş verən özbaşınalıqlara son qoyulması üçün "Xəzər İAŞƏ" MMC-nin digər sahələrdə olduğu kimi (məsələn, "Neft daşları"nın yeməkxanası kimi), bizdə də ödənişli xidmət göstərməsini tələb edirik.  Eyni zamanda, "28 May" NQÇİ-nin QİHN və KTS-nin kollektivi və öz adımdan illər boyu davam edən - yaradılmış  məcburi sosial  problemin, işçilərin mənəvi duyğularının aşağılanmasına və iradələrinin sındırılmasına hesablanmış  təhdidlərə son qoyulsun!

Hörmətli redaksiya!

Sahəmizdə baş vermiş və baş verməkdə davam edən problerənin müsbət həllinin tapılması üçün 12.04.2024-cü il tarixdə yazılmış aktın alınmasında, o çümlədən 30.10.2023-cü il tarixdə  dövlət orqanlarına (eləcə də Səbail rayon prokurorluğuna) ünvanladığım müraciətlərin hələ də cavablandırılmamasına görə və burada toxunduğum problemlərin həllinin tapılması üçün köməklik göstırməyinizi xahiş edirəm".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Mənbə:Tezadlar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi