Solovyovdan şok: ABŞ İrana zərbə endirəcək

Solovyovdan şok: ABŞ İrana zərbə endirəcək 

Məndə olan dəqiq məlumata əsasən, Pentaqonun İranla bağlı məxfi planı artıq uzun müddətdir ki, qüvvədədir. ABŞ hazırda Rusiyadan öncə İranı çökdürmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış rusiyalı teleaparıcı Vladimir Solovyov öz verilişinin (“Vladimir Solovyovla axşam”) efiri zamanı deyib.

“Məni maraqlandıran bir məsələnin cavabını hələ də ala bilməmişəm. Kreml İrana da müttəfiq kimi baxmaq istəyir. Yəni bizim nüvə cətirinin altında bundan sonra riskli bölgə sayılan İran da olacaq? Artıq bəllidir ki, ABŞ İranı yox edəcək. Bunun üçün də ABŞ silah sənayesi tam qüvvəsi ilə işləməyə başlayıb.

Hərbi büdcəyə rekord həcmdə pullar ayrılır. Plan isə - öncə İran, sonra Rusiya, daha sonra isə Çindir. İran məsələsi yaxın vaxtlarda baş verəcək. Ya hakimiyyət içəridən devriləcək, ya da planın B bəndinə əsasən İranı hərbi əməliyyat yolu ilə yox edəcəklər”, - deyə o qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi