Süleyman Soylu: "Gördünüz vurun, sındırın"

Süleyman Soylu: "Gördünüz vurun, sındırın" 

Türkiyənin daxili işlər naziri Süleyman Soylu narkotik alverinə qarşı amansız mübarizənin başladığını bəyan edib.

Nazir PKK terror təşkilatı Türkiyə üçün nə dərəcədə təhdiddirsə, məktəblərin ətrafında şagirdlərə narkotik satanların da bir o qədər təhlükəli olduğunu deyib.

“PKK terrorçularına qarşı necə davranılırsa, narkotik alverçilərinə qarşı da eyni səviyyədə mübarizə aparılmalıdır. Narkotik satanı görən təhlükəsizlik qüvvələrinin əməkdaşları onlara nə edirlərsə, etsinlər məsuliyyəti mənim boynumadır. Onlara qarşı amansız mübarizənin aparılması ilə bağlı təlimat vermişəm. Narkotik satanı görən polis elə orada ən azından onun ayağını sındırmırsa, deməli vəzifəsini yerinə yetirə bilmir. Buna görə bizi qınayanlar, qoy qınasınlar. Amma heç kim bizim gələcəyimizi zəhərləyə bilməz”, - deyə Süleyman Soylu bildirib.

Nazir bəyan edib ki, 2018-ci ildə Türkiyədə narkotik ticarətinin belini qıracaqlarını bəyan edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi