“Suriyada terrorçuların bütün tunellərini fransız şirkətləri düzəldib” –

“Suriyada terrorçuların bütün tunellərini fransız şirkətləri düzəldib” – Türkiyə prezidenti

“Afrində 4 250, İraqın şimalında 346, ölkə daxilində isə 236 terrorçu zərərsizləşdirilib”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutunun 150 illiyinə həsr olunan toplantıda bildirib.

“NATO-da Fransa ilə bir yerdəyik. Ancaq Suriyada terrorçuların bütün tunellərini fransız şirkətləri düzəldib, ABŞ isə terrorçulara 5 min karqo silah verib. Belə bir tablo ilə üz-üzəyik. Bütün bunların arxasında olanları bilirik”, – Türkiyə prezidenti vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi