“Sursat çatdırılmasa, Avdeyevka təhvil veriləcək” - “Şəhərin süqutu yaxındır...”

“Sursat çatdırılmasa, Avdeyevka təhvil veriləcək” - “Şəhərin süqutu yaxındır...” 

Rusiyanın hələ 2014-cü ildən işğal etmək istədiyi və ötən ilin oktyabrından başlayaraq, kütləvi hücum əməliyyatları həyata keçirdiyi, lakin heç cür ələ keçirə bilmədiyi Donetskin Avdeyevka yaşayış məntəqəsi uğrunda döyüşlər günbəgün daha da qızışır.

AzPolitika.info xəbər verir ki, “Frontelligence Insight” analitik qrupunun hesabatına görə, Ukrayna qoşunlarının ixtiyarında kifayət qədər mərmi yoxdur və bu səbəbdən Avdeyevkanın müdafiəçiləri düşmən artilleriyasına effektiv cavab verə bilmir: "Rusiya qoşunlarının Avdeyevkada Ukrayna qoşunlarına təzyiqləri davam etdikcə, aydın olur ki, qarşıda şəhərin süqutunun baş verib-verməyəcəyi yox, bunun nə vaxt olacağı sualı durur".

Ekspertlər əlavə edib ki, Ukrayna qüvvələri təcili olaraq sursatla təmin edilməlidir. Əks halda, şəhər yaxın müddətdə təhvil verilə bilər. Onlar hesab edirlər ki, ruslar bir qədər də irəliləyib şəhəri tam mühasirəyə almağa yaxın olanda Ukrayna əsgərlərinin komandirləri geri çəkilməklə yüzlərlə insanın həyatını xilas edə biləcəklər: "Taktiki geri çəkilmə daha böyük strateji itkilərə səbəb olmayacaq. Düzgün silah və eyni zamanda, adekvat döyüş sursatı ilə ukraynalılar Avdeyevkadan geri çəkilə, bir neçə kilometr qərbdə mövqelərini möhkəmləndirə və yenə də Rusiyanın təchizat xətlərinə zərbələr endirə bilərlər”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi