Şuşa könüllüsü: "Tələblərimiz tam yerinə yetirilmədiyi təqdirdə aksiyanı yenidən başlada bilərik"

Şuşa könüllüsü: "Tələblərimiz tam yerinə yetirilmədiyi təqdirdə aksiyanı yenidən başlada bilərik" 

"Tələblərimiz tam yerinə yetirilmədiyi təqdirdə aksiyanı yenidən başlada bilərik".

Bunu "Qayıdış Könüllüləri" Proqramının "Şuşa Könüllüləri" qrupunun könüllüsü Arif Quluzadə deyib.

 Könüllü bildirib ki, Laçın-Xankəndi yolunun başlanğıcında sərhədçilərimiz tərəfindən sərhəd-nəzarət mexanizminin yaradılması, bununla da yolda hərəkət üzrə şəffaflığın, qanunun aliliyinin və hərəkətin təhlükəsizliyinin təmin edilməsi onları çox sevindirib:

 

"Bildiyiniz kimi ekoloji aksiyamız 138 gün idi davam edirdi. 23 aprel 2023-cü ildə Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Laçın yolunun başlanğıcındakı sərhəd-buraxılış məntəqəsi yaradıldı. Bu gün dövlət nümayəndələri ilə olan danışıqlarımıza əsasən aksiyamızı müvəqqəti dayandırmaq qərarı qəbul edildi. Bir daha bəyan edirik ki, bizim tələblərimiz qismən yerinə yetirilib. Bizim tələblərimiz tam yerinə yetirilmədiyi təqdirdə aksiyanın başlamaq öhdəliyi yenidən bizim üzərimizdədir, aksiyanı yenidən başladı bilərik".

 

Qeyd edək ki, azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası bu gün saat 18:00-dan müvəqqəti dayandırılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi