Suvarma Sistemləri İdarəsinin rəisi işçisini döyüb - Sadiq Allahverdiyev xəstəxanaya yerləşdirilib

Suvarma Sistemləri İdarəsinin rəisi işçisini döyüb - Sadiq Allahverdiyev xəstəxanaya yerləşdirilib 

Goranboy rayonunda iş icraçısı döyülüb.

“Report”un Qərb bürosunun məlumatına görə, nəticədə 1973-cü il təvəllüdlü Qızılhacılı kənd sakini Allahverdiyev Sadiq Yaşar oğlu boyun nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Goranboy Suvarma Sistemləri İdarəsində iş icraçısı kimi fəaliyyət göstərən S.Allahverdiyev idarənin rəisi Gündüz Bağırov tərəfindən döyülüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi