"T-FİNANS LTD " MMC - "Böyük Qayıdış" layihəsi çərçivəsində bir sıra tədbirlər həyata keçirəcək

"T-FİNANS LTD " MMC - "Böyük Qayıdış" layihəsi çərçivəsində bir sıra tədbirlər həyata keçirəcək 

Faktinfo.az xəbər verir ki, "T-Finans LTD" MMC-nin mətbuat katibi Könül Həsənlinin mətbuata verdiyi məlumata görə, şirkət  “ Böyük Qayıdış ” layihəsi çərçivəsində 4 saylı Qadın Cəzaçəkmə müəssisəsinə,Bakı İstintaq Təcridxanasına,Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına,Penitensiar xidmətin müalicə müəssisəsinə, Qocalar evinə, Uşaq evləri və İnternat məktəblərinə yardım göstəriləcək.

Həmçinin İstintaq altında olan və cəza cəkən qadınların, irsi qan xəstəliyi olan talassemiyadan əziyyət çəkən uşaqların əl işləri sərgilənəcək.Əldə olunan gəlir bütövlükdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Yaşat Fonduna köçürüləcək.

Eləcə də,Azərbaycanın ərazi bütövlüyü uğrunda  şəhid olmuş  şəxslərin məzarları və Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Xocalı” abidəsi ziyarət olunacaq.

Xatırladaq ki, sentyabr ayının 20-si  Hilton otelində "Böyük Qayıdış"  layihənin geniş təqdimat mərasimi keçiriləcək, layihə barəsində mətbuata  ətraflı məlumat veriləcək.

Rizvan Əhmədli

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi