"T-Finans LTD" MMC şəhid ailələrinə və qazilərə yardım kampaniyasına başladı

"T-Finans LTD" MMC şəhid ailələrinə və qazilərə yardım kampaniyasına başladı 

T-FİNANS LTD MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə şəhid ailələri və qazilərə yardım kampaniyasına start verib.

Son 30 ildə olduğu kimi, 44 günlük Vətən müharibəsindən sonra da Azərbaycanin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələrinə və qazilərə diqqət və qayğı dövlətçiliyimizin prioritet istiqamətlərindəndir. Ölkə başçısı cənab İlham Əliyev və birinci vitse prezident Mehriban xanım Əliyevanın göstərişlərinə əsasən, dövlət qurumları eləcə də digər təşkilatlar bu kateqoriyadan olan insanların problemləri ilə maraqlanır, onların həlli üçün tədbirlər həyata keçirirlər. 

Faktinfo.az xəbər verir ki, "T-Finans LTD" MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə 31 dekabr "Dünya Azərbaycanlılarının həmrəyliyi günü" və Yeni il münasibətilə şəhid ailələrinə və qazilərə yardım kampaniyasına start verib. Kampaniya çərçivəsində Bakının Sabunçu, Nizami və Suraxanı rayonlarinda yaşayan, sosial qayğıya ehtiyacı olan şəhid ailələri və qazilərə, həmcinin Həssas Qruplar üzrə Sosial Reabilitasiya Mərkəzinə  humanitar yardımlar edilir, onlara bayram sovqatı aparılır.

 Bu kateqoriyadan olan şəxslərə dekabrın 25 və 26- da, ümumilikdə 10 min manatlıq bayram sovqatı müxtəlif zəruri ərzaq məhsulları paylanıb. Qeyd edəkki, 2013-cü ildən fəaliyyət göstərən “T-Finans LTD” MMC gigiyenik tibbi geyimlər, hərbi geyimlər və bu istiqamətdə xüsusi mallar istehsal etməklə Müdafiə Nazirliyinə təhcizat həyata keçirir. Eləcə də, “Böyük qayıdış” layihəsi çərçivəsində "T-Finans LTD" MMC-nin  işğaldan azad edilmiş  Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsi və Şükürbəyli kəndində hərbi formaların tikilməsi üçün fabrik inşa edəcəyi planlaşdırılır.

"T-Finans LTD" MMC şəhid ailələrinə və qazilərə yardım kampaniyasına başladı"T-Finans LTD" MMC şəhid ailələrinə və qazilərə yardım kampaniyasına başladı
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi