“T-Finans LTD” MMC tarixi zəfərlə bağlı videokadrlar yayımlayacaq

“T-Finans LTD” MMC tarixi zəfərlə bağlı videokadrlar yayımlayacaq 

2020-ci ildə baş verən 44 günlük müharibə Azərbaycan tarixinə əbədi olaraq, qızıl hərflərlə yazıldı.

Qəhrəman Azərbaycan ordusunun parlaq qələbəsi sayəsində 30 ilə yaxın erməni faşistlərinin işğalı altnda olan torpaqlarımız azad edildi. Təbii ki, bu qələbəni şərtləndirən bir sıra amillər vardı ki, onları qeyd etmək yerinə düşər.

Məlum zəfərin əldə edilməsində ən önəmli rol oynayan məsələlərdən biri Azərbaycanın çox güclü orduya sahib olması idi. Hələ 1994-cü ildə atəşkəs əldə edildikdən sonra ölkəmizdə nizami və güclü ordu yaradılması istiqamətində ciddi addımlar atılmağa başladı, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bu sahədə xeyli işlər görüldü. Prezident İlham Əliyev isə ordu quruculuğu ilə bağlı işləri çox böyük uğurla davam etdirdi. Nəticədə, Azərbaycan ordusu Qafqazın ən güclü ordusuna çevrildi, eləcə də dünyanın 50 ən  güclü ordusundan biri oldu.

II Qarabağ savaşında qələbəmizi şərtləndirən əsas amillərdən biri də Prezident – Xalq – Ordu birliyinin ən yüksək səviyyəyə çatması idi. Bu birliyə bütün dünya şahid oldu.

Müharibə dövründə ideoloji mübarizədə qazanılan uğur da çox böyük önəm kəsb etdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev demək olar ki, bu mübarizəni təkbaşına öz üzərinə götürdü, dünyanın 30-dan çox aparıcı KİV-nə, telekanallarına geniş müsahibələr verdi, Azərbaycanın haqq səsini bütün dünyaya çatdırdı.

Heç şübhəsiz ki, 44 günlük müharibə dövründə qardaş Türkiyənin Azərbaycanın yanında olması, Türkiyə prezidenti Receb Tayyip Erdoğan və digər dövlət rəsmiləri tərəfindən güclü siyasi dəstəyin verilməsi də qələbəni şərtləndirdi.

Heç kəs unudulmur, heç kəs yaddan çıxmır. Müstəqil Azərbaycan dövlətinin, qüdrətli Azərbaycan ordusunun qurucusu Ulu Öndər Heydər Əliyevin, torpaqlarmızın azadlığı yolunda canından keçən qəhrəman şəhidlərimizin məzarları hər birimizin ziyarət yeridir.

“T-Finans LTD” MMC  yuxarıda səslənən fikirləri özündə əks etdirən video-süjetlər hazırlyıb,yayacaq.

Faktinfo.az 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi