Tamah məqsədilə 78 saylı qadını öldürüb,mənzili yandırdılar

Tamah məqsədilə 78 saylı qadını öldürüb,mənzili yandırdılar 

Səhər saatlarında Bakıda ağır cinayət olub.

 “Xəzər Xəbər” xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsi 83 ünvanında baş verib.

Yaqub Axundovun evinin yandığını görən qonşular dərhal yanğınsöndürənlərə məlumat veriblər. Hadisə yerinə rayon yanğından mühafizə xidmətinin iki yanğınsöndürən avtomobili və bir neçə canlı qüvvəsi cəlb edilib.Yanğının kəşfiyyatı zamanı ev sahibinin həyat yoldaşı, 78 yaşlı Tamella Axundovanın meyiti aşkar edilib.

Hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları qadının qəsdən öldürüldüyünü müəyyən ediblər.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 35 kvadratmetr olan iki otaqlı ev tamamilə yanıb. Hadisə yerində araşdırma aparan hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarların hadisəni tamah məqsədi ilə törətdiklərini ehtimal edirlər.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda cinayət işi başlanıb. Polis cinayəti törədən şəxs və ya şəxslərin axtarışını aparır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər