Tanınmış iqtisadçıdan Səfər Mehdiyevə maraqlı suallar

Tanınmış iqtisadçıdan Səfər Mehdiyevə maraqlı suallar 

Tanınmış iqtisadçı ekspert, REAL Partiyasının icraçı katibi Natiq Cəfərli özünün “Faceebook” səhifəsində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə maraqlı suallar ünvanlayıb.

Tanınmış ekspertin sözü gedən postunu oxucularımıza təqdim  edirik:

“Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev: “Xüsusilə də fiskal siyəstdə böyük uğurlar əldə edilib. Ötən il büdcə ödənişlərin öhdəliyini 1 milyard manatdan artıq həyata keçirilməsi komitənin ən böyük uğurlarından biridir”.

Hörmətli Səfər müəllim, öncə Sizi təbrik edirəm, son zamanlar mətbuata tez-tez açıqlamalar verirsiniz, bu yaxşı haldır, açıqlamalar Komitənin iş fəlsəfəsini daha yaxşı anlamağa imkan verir.

Uğur kimi qeyd etdiyiniz məsələ - büdcəyə nəzərdə tutulandan 1 mlrd. manat əlavə vasait yığmağınızın səbəbi nədir: 1) Ya öncədən planlaşdırma zəif olub ki, belə artımın olacağını öngörməmisiniz, 2) Ya rəsmiləşdirmə güclənib, əvvəllər rüşvət daha çox idi, indi rəsmi ödənişlər artıb (o zaman da sual çıxır ki, niyə əvvəllər Komitədə rüşvət var idi, 3) Ya ölkəyə idxal artıb, çünki ölkə öz-özünü bir çox məhsullarla təmin edə bilmir, deməli qeyri-neft sektorunun inkişafı ürəkaçan deyil.

Daha bir nüans: Hörmətli Səfər müəllim, vergi və gömrük rüsumunun SON ödəyicisi vətəndaşdır, alıcıdır, iş adamları əgər Komitəyə 1 mlrd. manat əlavə ödəniş ediblərsə, deməli bu vəsait vətəndaşın cibindən çıxıb – bu isə, məncə, “uğur” adlandırmaq üçün səbəb deyil. Heç bir iş adamı, biznesmen vergiyə-rüsuma ödədiyi vəsaiti cibindən vermir, həmin məbləğı alıcıdan-müştəridən çıxır.

Ölkədə normal vergi sistemi qurulmayıb deyə dövlət vətəndaşdan ƏDV və gömrük rüsumu kimi dolayı ödənişlər yığır. Əslində isə gəlir deklarasiyası olmalı, hər bir vətəndaş ildə bir dəfə gəlirlərini bəyan edib, ona uyğun da vergi ödəməlidir. Belə bir deklarasiya sisteminin tədbiqi məmurlardan başlamalıdır. Əgər Siz qurumunuzda korrupsiyanın olmadığını deyirsinizsə, lap yaxşı, biz də buna inanmaq istəyirik – o zaman Komitənin bütün rəhbərliyi öz mal varlığını, gəlir deklarasiyasını açıqlasın, biz də görək ki, halal maaşla yaşayış tərzi uyğun gəlir, ya yox. Belə...”


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi