Tanker villaya belə çırpıldı

Tanker villaya belə çırpıldı 

İstanbul boğazında Fateh Sultan Məhməd körpüsü altında sahildəki villaya çırpılan tanker Malta bayrağı altına üzürmüş. Hazırda boğazda gəmilərin hərəkəti dayandırılıb.

 225 metr uzunluğunda olan gəmi Qara dəniz-Mərmərə xətti ilə hərəkət edərkən qəzaya uğrayıb. Gəmi hadisə yerindən yedək gəmisinin köməyi ilə sahildən çəkilib. Bildirilir ki, onun çırpıldığı yer əsasən restoranlar olan ərazidir.

***

Həkimbaşı Saleh Əfəndi adlandırılan villada “Min bir gecə” kimi bir çox məşhur seriallar çəkilib. Həmçinin villa toy, nişan, ad günlərinin keçirilməsi üçün də istifadə edilirmiş.

***

Malta bayrağı altında üzən “VitaSpirit” adlı gəminin tarixi Həkimbaşı Saleh Əfəndi villasına çırpılması nəticəsində xəsarət alan olmayıb.

Axar.az xəbər verir ki, bu barədə İstanbul Valiliydən verilən açıqlamada bildirilib.

Qeyd edilir ki, İstanbul vaxtı ilə saat 15:25-də qəza törədən gəmi Rusiyadan Səudiyyə Ərəbistanına 62 min 623 ton arpa aparırdı.

“225 metr uzunluğunda olan gəminin maşınqayırma sisteminin tamamilə sıradan çıxması nəticəsində həm əsas maşınqayırma, həm də sükan çalışmayıb. Buna görə, gəmi sürətlə sahilə doğru hərəkət edib. Bu əsnada dənizə dəmir atılsa da, gəmi yenə də quruya doğru hərəkət edib və qəza törədib. Boğazda hər iki istiqamətdə hərəkət məhdudlaşdırılıb. Hadisə nəticəsində dənizin çirklənməsi müşahidə olunmayıb”.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi