Tarlada zəhərlənən 24 nəfərdən 4-nün vəziyyəti ağırdır, Bakıya apardılar - Xəstəxanadan açıqlama

Tarlada zəhərlənən 24 nəfərdən 4-nün vəziyyəti ağırdır, Bakıya apardılar - Xəstəxanadan açıqlama 

Saatlı Rayon Mərkəzi Xəstəxanası pambıq sahəsində 24 nəfərin kimyəvi maddədən zəhərlənməsinə aydınlıq gətirib.

Faktinfo.az xəbər verir ki, xəstəxanadan AzNews.az-a verilən məlumata görə, pambıq sahəsində zəhərlənənlərdən 4 nəfərin vəziyyəti ağırdır:

“24 nəfər zəhərlənib. Onlardan 20 nəfərin vəziyyəti yaxşıdır. Amma 4 nəfərin vəziyyəti çox ağırdır, onlar dünən Bakıya aparılaraq toksikologiya mərkəzinə yerləşdirilib”.

Stansiyadan verilən məlumata görə, zəhərlənməyə səbəb pambıq sahəsində ziyanvericilərə, həşaratlara, alaq otlarına qarşı istifadə olunan kimyəvi maddələr olub.

Qeyd edək ki, Saatlıda kütləvi zəhərlənmə baş verib. Kimyəvi maddədən zəhərlənən 24 nəfər Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər