
Tehranda Mossad mərkəzi aşkarlandı - İki casus saxlanıldı
İran təhlükəsizlik qüvvələri Mossad agentlərini yaxaladı, çox sayda dron hissələri və partlayıcılar müsadirə olundu.
İranın təhlükəsizlik qüvvələri Tehranın cənubundakı Rey şəhərində İsrailin xarici kəşfiyyat xidməti "Mossad"-a bağlı gizli pilotsuz uçuş aparatları (PUA) mərkəzi aşkarlayıb.
Dövlət televiziyasında yayımlanan kadrlarda üç mərtəbəli obyektə keçirilən əməliyyat zamanı çoxlu sayda dron detallarının və partlayıcıların tapıldığı göstərilib.
Əməliyyat çərçivəsində iki "Mossad" casusu saxlanılıb. Ardınca Tehran küçələrində nəzarət-buraxılış məntəqələri qurulub, avtomobillər ciddi yoxlamalardan keçirilir. Hakimiyyət orqanları təhlükənin tam aradan qalxmadığını bildirir.
İran rəsmiləri hesab edir ki, bu kimi PUA istehsal mərkəzləri təkcə Tehranda deyil, ölkənin digər bölgələrində də fəaliyyət göstərir və onların aşkar edilməsi üçün əməliyyatlar davam etdirilir. Təhlükəsizlik dairələrinə görə, bu mərkəzlər son günlərdə İsrailin həyata keçirdiyi hücumlarda istifadə edilən mini kamikadze dronların istehsal mənbəyi ola bilər.
Bu xəbər üçün şərh yazın