Təklif: Yaşıllaşdırma Təsərrüfatı Birliyi Ekologiya və Təbii Sərvətlər nazirliyinə birləşdirilsin

Təklif: Yaşıllaşdırma Təsərrüfatı Birliyi Ekologiya və Təbii Sərvətlər nazirliyinə birləşdirilsin 

Alim aqronom Əsgərov Xanəhməd Əlu oğlu tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevə müraciət ünvanlanıb. Müraciətdə maraqlı nüanslardan biri də odur ki,məhəllə daxili ağaclarda sanitar təmizləmə işlərinin aparılmamasından,ağaclara forma verilməməsindən bəhs olunur.


Faktinfo.az saytına göndərilən müraciəti təqdim edirik:

Hörmətli Muxtar müəllim!

45 illik iş təcrübəmdən,uzun illər Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyində, eləcə də AMEA-nın Dendrologiya İnstitutunda baş aqronom işləmiş bir şəxs kimi deyə bilərəm ki, son illər Bakı şəhərində Yaşıllaşdırma Təsərrüfatı Birliyi (YTB) ciddi nöqsanlara yol verir,bu isə gələcəkdə şəhərin yaşıllıqdan tədricən məhrum olması deməkdir.Eləcə də "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində salınan yaşıllıqlarda heç bir aqrotexniki qaydalar nəzərə alınmır. Bunlar da  ölkəmizə noyabr ayında "Cop-29"la bağlı gələn mütəxəssislərin diqqətindən kənarda qalmaya bilər.

Ümumiləşdirdikdə bu mənada fikirlərim aşağıdakılardan ibarətdir:


1. YTB tərəfindən Bakı şəhərində ağaclar planlı şəkildə əkilmir.Belə ki, bir çox ərazilərdə müşahidə edilir:- ara məsafəsi gözlənilmədən ağaclar bir metrdən bir əkilir,hətta ağacı-ağacın altında əkirlər.


2. Həmçinin məhəllə daxili əraziləri,səkiləri əhatə edən ağaclar mövsümü olaraq budanmır,eləcə də məhəllə daxilində olan ağaclarda sanitar təmizləmə işləri aparılmır,ağaclara forma verilmir. Hara getsək,o cümlədən yeni salınmış abad həyətlərin ərazisində belə nümunələrə rast gələ bilərik.


3. Önəmli zamanlarda : - iyun, iyul, avqust aylarında ərazilər gəzilmir, vəziyyət öyrənilmir.Xüsusilə bu aylarda ağaclar suvarılmır, bu da yay mövsümündə bəzən 10-20 illik ağacların qurumasına səbəb olur. Bu mövzu daha aktualdır.


4.Bilirik ki,yüksək faizli buxarranma səbəbindən yay aylarında Abşeron yarmadasında qurunt sularının səviyyəsi aşağı düşür,əksər ərazilərdə ağaclar mil köklərdən qidalana bilmir.Bu halda ağaclar suvarılmalıdır ki, saçaq köklərdən su çəksin və dayanıqlığını saxlasın.YTB bu amilləri nəzərə ala bilmir.Açığı, YTB-də mütəxəssis yoxdur,bu cəhətləri qiymətləndirsinlər və düzgün qərar qəbul etsinlər.

 

5.Qənaətim ondan ibarətdir ki,yay aylarında ağacların vəziyyətinə dair monitorinqlər keçirilsin,hətta YTB-nin mütəxəssis korpusuna diqqət yetirilsin, qrup şəklində onlar  kurslara belə cəlb olunsunlar. O cümlədən YTB-nin qeyri-peşəkar mütəxəssisləri aqronomlardan təşkil edilsin.


6. Ümumiyyətlə təklif edirəm ki, BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birləşdirilsin.

Qeyd: Onu da bildiririk ki,aqronom Əsgərov Xanəhməd Əlu oğlunun Faktinfo.az-a göndərdiyi məktublardan görünür ki,Ekologiya və Təbii Sərvətlər nazirinə göndərilən müraciət,baxılması üçün 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyinin baş direktoru Mirdamət Seyidova ünvanlanıb.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi