Tələbə təqaüdləri artırıldı –Prezident fərman verdi

Tələbə təqaüdləri artırıldı –Prezident fərman verdi 

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Faktinfo.az xəbər verir ki,fərmana əsasən, ölkəmizdə təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədilə Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 210 (iki yüz on) manat müəyyən edilib.

Bu Fərman martın 1-dən qüvvəyə minir.

Xatırladaq ki, əvvəl Prezident təqaüdü 185 manat olub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi