
Tələbələr Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda istehsalat təcrübəsi keçirlər - FOTOLAR
Faktinfo.az xəbər verir ki,Gəncə Dövlət Universitetinin “Ekologiya” və “Ekologiya mühəndisliyi” ixtisasları üzrə, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin “Bitki mühafizəsi” ixtisası üzrə təhsil alan tələbələri Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda istehsalat təcrübəsi keçirlər.
Təcrübə proqramı çərçivəsində tələbələr üçün müxtəlif istiqamətlər üzrə təlimlər keçirilir. Onlar taxıl sahələrində aparılan müşahidə və monitorinq işləri ilə tanış olur, laboratoriyada aparılan analiz prosesləri haqqında məlumat əldə edir, həmçinin istixanada bitkilərin becərilməsi və mühafizəsi sahəsində praktiki biliklərini artırırlar.
Qeyd edək ki,təcrübə və təlimlər tələbələrin nəzəri biliklərini praktik fəaliyyətlə möhkəmləndirməsinə və gələcək peşə fəaliyyətlərinə daha hazırlıqlı olmalarına şərait yaradır.
Faktinfo.az






















Bu xəbər üçün şərh yazın