Təyyarə qəzasında 156 nəfər həlak oldu

Təyyarə qəzasında 156 nəfər həlak oldu 

“Ethiopian Airlines” aviaşirkətinin qəzaya uğradığı “Boeing 737” təyyarəsinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.

Bunu aviaşirkət bildiriblər. Şirkətin yaydığı məlumata əsasən, Əddis-Əbəbədən Nayrobiyə uçan təyyarənin göyərtəsində 149 sərnişin və 7 ekipaj üzvü olub. Təyayrədə 33 xalqın nümayəndəsinin olduğu da qeyd olunur.

Qəza təyyarənin Əddis-Əbəbənin aeroportundan havaya qalxmasından 6 dəqiqə sonra baş verib. Təyyarə şəhərdən 40 kilometrdən az məsafə aralığında düşüb.

Qəzanın səbəbləri məlum deyil, axtarış əməliyyatları aparılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi