Tibb Universitetində təhsil haqqı 5500 manata qaldırılıb-

Tibb Universitetində təhsil haqqı 5500 manata qaldırılıb- Ali məktəblərdə ödənişli təhsil ləğv edilsin - Təklif

Ali məktəblərdə ödənişli təhsil ləğv edilməlidir. Ümumiyyətlə, dövlət universitetlərində təhsil pullu ola bilməz. Ödənişli təhsil yalnız özəl universitetlərdə oxuyan tələbələrə aid olmalıdır.

Faktinfo.az  xəbər verir ki, bu fikirlərlə iqtisadçı ekspert Qadir İbrahimli çıxış edib. O bildirib ki, məhz bu səbəbdən bir çox tələbə ali təhsilini yarımçıq qoymaq məcburiyyətində qalır:

“Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır. Bir neçə gündən sonra valideynlərin sevinci kədərinə qarışacaq – uşaq məktəbə qəbul olub, ancaq ödənişli ixtisasa. Maddi vəziyyəti yaxşı olmayan valideyn üçün bundan böyük yük yoxdur. Övladını sındırmamaq üçün borc-xərc hesabına da olsa, pulu tapmalıdır. Özü də 1 illik təhsil haqqını qabaqcadan ödəməlidir. Təsəvvür edin ki, orta aylıq gəliri 500-600 manat olan ailənin övladı təhsil haqqı yüksək olan Tibb Universitetinə daxil olub. ATU-də təhsil haqqı isə 5500 manatdır – ailənin 1 illik gəliri səviyyəsində. Məhz bu səbəbdən də hər ilə yüzlərlə savadlı tələbə təhsilini davam etdirə bilmir.

Yaxşı olardı ki, hökumət dövlət universitetlərində yerli tələbələrin ödənişdən tam azad edilməsi barədə qərar qəbul etsin. Bu, xeyli aztəminatlı təbəqəni əhatə edəcək sosial layihə olar”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər