Tiflis-Rustavi yolu bağlandı-

Tiflis-Rustavi yolu bağlandı- Azərbaycanlılar “Tbilisi Energy” qaz paylayıcı şirkətinin nümayəndələri ilə görüş tələb edirlər

Tiflis yaxınlığında yerləşən, əhalisi əsasən azərbaycanlılardan ibarət olan Poniçala (Soğanlıq) qəsəbəsinin sakinləri Tiflis-Rustavi magistralını bağlayıblar.

Faktinfo.az Axar.az-a istinadən xəbər verir ki,sakinlər 3 gündür  qəsəbəyə təbii qazın verilmədiyini bildirirlər. Onların sözlərinə görə, təxminən 1000-1200 ailə qazsız qalıb.

Etirazçılar “Tbilisi Energy” qaz paylayıcı şirkətinin nümayəndələri ilə görüş tələb edirlər.

Uzun müddət yolun bağlı qalması səbəbindən sürücülərlə etirazçılar arasında mübahisə yaşanıb.

Hadisə yerinə polisin gəlişindən sonra hərəkət bərpa olunub.

Etirazçıların tələbinin yerinə yetirilib-yetirilməməsi isə məlum deyil.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi