Tiflisdə yenidən etirazlar başlandı

Tiflisdə yenidən etirazlar başlandı 

Gürcüstanın paytaxtı Tiflisdə, parlament binası önündə etiraz aksiyası başlayıb.

İştirakçılar daxili işlər naziri Giorgi Qaxarianın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə etiraz edirlər.

Aksiyaya müxalif “Güc birlikdədir” birliyinin üzvləri və tərəfdarları da qatılacaq.

Qeyd edək ki, bu gün hakim Gürcü Arzusu Partiyası hökumət başçısı postuna G.Qaxarianın namizədliyini təqdim edib. Gürcüstan parlamentinin onun rəhbərlik edəcəyi hökumətə sentyabrın 8-də etimad göstərəcəyi gözlənilir./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi