Timiryazev universitetinin professoru ADAU-da mühazirə söyləyib

Timiryazev universitetinin professoru ADAU-da mühazirə söyləyib 

Timiryazev universitetinin professoru ADAU-da mühazirə söyləyib.

Faktinfo.az-a verilən məlumata görə, Azərbaycan Dövlət Aqrar Universitetinin beynəlxalq əlaqələri yüksəlməkdə davam edir. Artıq dünyanın ən aparıcı universitetlərindən sözü gedən təhsil müəssisəsinə mühazirə söyləmək üçün elm adamları gəlir, tələbələr qarşısında ən maraqlı mühazirələr söyləyir və bununla  tədrisin səviyyəsinin daha yüksək mərhələyə  çıxmasına təkan verirlər.

Bu günlərdə isə Rusiya Federasiyasının K.A.Timiryazev adına Moskva Dövlət Aqrar Universitetinin Bitki mühafizəsi kafedrasının müdiri, professor, ADAU-nun Fəxri doktoru Fevzi Cəlilov Aqronomluq fakültəsinin tələbələri ilə görüşüb, onlara bitki mühafizəsinin müasir problemlərinə dair mühazirə söyləyib.

Mühazirə maraqla dinlənilib və qarşılıqlı dioloq formasında yekunlaşıb, tələbələr tərəfindən səslənən suallar dolğun və elmi əsaslarda cavablandırılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi