“Tofiq Yaqublunun azad olunması üçün danışıqlar aparılır” –Hüquq müdafiəçisi

“Tofiq Yaqublunun azad olunması üçün danışıqlar aparılır” –Hüquq müdafiəçisi 

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun hüquq müdafiəçi üzvləri Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun aclıq elan etdikdən sonra səhhətində problemlərin yaranmasını nəzərə alaraq onun işinə yenidən ədalətli baxılması və həbsdən azad olunması məqsədilə hökumət nümayəndələri ilə danışıqları davam etdirirlər.

Bu barədə hüquq müdafiəçisi Əvəz Həsənov məlumat verib.

O ümid edirlər ki, tez bir zamanda onun azad olunması üçün prosedur müəyyən olunacaq və Tofiq Yaqublu öz ailəsinə qovuşacaq.

Qeyd edək ki, T.Yaqublu Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. O, bu hökmü qanunsuz sayır və artıq 8 gündür aclıq edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi