Tovuzda spirtli içkidən daha bir zəhərlənmə halı baş verib-

Tovuzda spirtli içkidən daha bir zəhərlənmə halı baş verib- Bu dəfə məktəblilər...

Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.

Rayon sakinləri olan 16 yaşlı iki gənc alkoqollu içkidən zəhərlənib.

Onlardan biri içkinin təsirindən bir müddət şoka düşüb. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumatlara görə, hər iki gənc məktəblidir və eyni sinifdə oxuyurlar. Məktəblilərin zəhərlənmələrinə səbəb isə alkoqollu içkini normadan artıq qəbul etmələri olub.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Tovuz rayonunda qohumunu gülləyən şəxs saxlanılıb.//Report.az

Faktinfo.az onu da xatırladır ki,Qazax,Ağstafa və Tovuz rayonlarında  mütəmadi olaraq  20 min ədəddən çox saxta araq istehsal olunur.Son illər artıq işbazlar  saxta araqları hər üç rayonun kəndlərində fəaliyyət göstərən mağaza və köşklərdə satdırıb,vergidən də yayınırlar.Vəziyyət qarşısı aslınmaz hal aldığından hətta saxta araq qəbulundan sonra dünyasını dəyişən insanların ölüm faizində yüksəlmə müşahidə olunur. Təəssüf ki,yaranmış mövcud vəziyyətə müdaxilə etməli olan dövlət orqanları da yaranmış vəziyyəti görməməzliyə vururlar.Sayt olaraq bu xüsusda zamanla  təkrar-təkrar xəbər vermişik.

Tovuzda spirtli içkidən daha bir zəhərlənmə halı baş verib-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi