Tramp bundan sonra YPG-yə silah verməyəcəklərini bəyan edib –Çavuşoğludan açıqlama

Tramp bundan sonra YPG-yə silah verməyəcəklərini bəyan edib –Çavuşoğludan açıqlama 

ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bundan sonra Suriyadakı kürd qruplaşması YPG-yə silah verməyəcəklərini bəyan edib.

 "Hürriyet"in verdiyi xəbərə görə, bunu telefon danışığında iştirak etmiş xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. "Hörmətli Tramp konkret şəkildə təlimat verdi və bundan sonra YPG-yə silah göndərilməyəcəyini söylədi. O bildirdi ki, əslində buna daha öncə son qoymaq lazım idi", – deyə o, vurğulayıb. R. T. Ərdoğan isə iki ölkə arasındakı viza probleminin tam aradan qaldırılmasının zəruriliyini vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi