
TRAMP UKRAYNAYA HƏRBİ DƏSTƏYİ DAYANDIRDI – Kiyev nə edəcək?
"Ukrayna, ABŞ-nin 2022-ci ildən bəri verdiyi hərbi ləvazimatların göndərilməsindən imtina etdiyini bəyan edib."
Azpolitika.info xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu “The Daily Telegraph” qəzeti məlumat yayıb. Nəticədə Kiyev hərbi əməliyyatları davam etdirmək üçün arsenalını genişləndirməyə və alternativ yollar axtarmağa məcbur qalır.
Qəzetin məlumatına görə, mövcud vəziyyətdə Ukraynanın üç mümkün strategiyası nəzərdən keçirilir:
-Avropa ölkələrinin Ukraynanı lazım olan silahlarla müstəqil şəkildə təmin etməsi;
-Avropa dövlətlərinin ABŞ silahlarını öz hesabına alaraq Kiyevə verməsi;
-Avropa ölkələrinin maliyyə və texniki dəstəyi ilə Ukraynada yerli silah istehsalının artırılması.
“The Daily Telegraph” qeyd edir ki, bütün bu ssenarilərin uğuru 2025-ci ilin fevral-mart aylarında Avropa İttifaqının verdiyi hərbi yardım vədlərini yerinə yetirib-yetirməməsindən asılı olacaq. Bununla belə, qəzetin vurğuladığı kimi, Brüssel həmişə verdiyi vədləri əməli addımlarla müşayiət etmir.
Bundan əlavə, tammiqyaslı müharibə başladığı vaxtdan bəri Ukrayna ABŞ-dən aldığı HIMARS reaktiv yaylım atəşi sistemləri, ATACMS raketləri və “Patriot” hava hücumundan müdafiə sistemlərindən geniş istifadə edib. Lakin qəzet yazır ki, bu silahların effektivliyi zamanla azalır və onlar Rusiyanın hipersəs raketləri və İran istehsalı pilotsuz təyyarələri kimi yeni təhlükələrin öhdəsindən gəlməkdə çətinlik çəkir.
Bu xəbər üçün şərh yazın