Trampa təşəkkür düşür -Bir tvit Rusiyaya milyonlar qazandırdı

Trampa təşəkkür düşür -Bir tvit Rusiyaya milyonlar qazandırdı 

Trampın cəmi bir neçə işarəlik, "Rusiya, hazır olsun, raketlər gələcək", tviti neft qiymətlərini 5 dollar qaldırdı.

Faktinfo.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, Azərbaycan son 4 gündə bu tvitə görə 10 mln. dollar əlavə gəlir əldə etdi, ölkənin günlük gəliri ortalama 2,5 mln. dollara yaxın artdı:

“Trampa böyük təşəkkür düşür. Rusiyanın günlük gəliri isə bu tvitə görə 40 mln. dollar artıb. ABŞ guya Rusiyanı sıxır, əslində isə bu ölkəyə yeganə təsir edən məqam neft qiymətləridir, sanksiyalar ciddi söhbət deyil, təsirləri azdır.

Amma bu həm də test idi. Çünki, bir tvitlə qalxan qiymətlər, bir tvitlə də enə bilər”.

N.Cəfərlinin sözlərinə görə, Trampın həmin tviti dünya birjalarında hər günə 100 mlrd. dollarlıq dalğalanma yaratdı:

“Çünki dünyada ABŞ-ın indiki prezidentinə güvən olmasa da, ölkənin gücünə inam böyükdür”.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi