Trampın arvadından xoşum gəlir - Berluskoni

Trampın arvadından xoşum gəlir - Berluskoni 

ABŞ Prezident Donald Trampın həyat yoldaşı Melania Trampdan xoşum gəlir.

Axar.az xəbər verir ki, bu sözləri İtaliyanın sabiq baş naziri Silvia Berluskoni “La7” telekanalında çıxışı zamanı deyib.

Aparıcının “Tramp da sizin kimi əmlak sektorundan siyasətə gəlib. Onunla müqayisə edilmək sizin xoşunuza gəlirmi?” sualına Berluskoni belə cavab verib:

“Mənim üçün fərq etmir. Amma Trampla bağlı bir çox şeydən – məsələn Melania Trampdan xoşum gəlir. Gözəlliyi, cazibəsi, geyim tərzi səbəbindən. Təəssüf ki, onunla heç vaxt görüşməmişəm”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi