"Tros" qrılıb, lift şaxtaya düşüb

"Tros" qrılıb, lift şaxtaya düşüb 

Bakıda lift şaxtaya düşüb. APA-nın xəbərinə görə, hadisə Xətai rayonu ərazisində qeydə alınıbMəhəmməd Hadi küçəsi 58 ünvanında yerləşən binada liftin şaxtaya düşdüyü, içərisində adamların olduğu bildirilir.

Bakıda liftin şaxtaya düşməsi nəticəsində 1 nəfər xəsarət alıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, xəsarət alan 40-50 yaşlarında kişidir. Ona Respublika Neyrocərrahiyyə Xəstəxanasında ilkin yardım göstərildikdən sonra, 3 saylı şəhər Klinik xəstəxanasına aparılıb.

Faktinfo.az hadisəənin hansı səbəbdən baş verməsi ilə maraqlanıb.Sayta Xətai rayonu Məhəmməd Hadi küçəsi 58 ünvanında yerləşən bina sakinlərindən biri bildirib ki,liftin şaxtaya düşməsinə trosun qırılması səbəb olub."Umumiyyətlə ərazidəki binaların lifti normal işləmir,sakinlər liftdən ehtiyat edərək istifadə edirlər"-deyə sakin bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər