Türkiyənin bu stadionu UEFA üçün namizədliyini verdi

Türkiyənin bu stadionu UEFA üçün namizədliyini verdi 

İstanbuldakı Atatürk Olimpiya Stadionunun UEFA Çempionlar Liqasının 2020-ci ildə keçiriləcək final oyunu üçün namizədliyi irəli sürülüb.

UEFA-nın saytı  xəbər verir ki, qitənin ali futbol qurumu, həmçinin bu matç üçün Portuqaliyanın “Benfika” klubunun “Estadio da Luz” stadionunun da namizəd olduğunu bildirib.

Bundan başqa, UEFA Avropa Liqasının 2020-ci ildə keçiriləcək final oyunu üçün Polşanın “Arena Qdansk” və Portuqaliyanın “Estadio do Draqao” stadionlarının namizədliklərini irəli sürdüklərini də açıqlayıb.

Qadınlar arasında UEFA Çempionlar Liqasının 2020-ci ildə keçiriləcək final oyunu üçün isə Avstriyanın “Avstriya Arena”, Belçikanın “Stade Maurise Dufrasne” və Rusiyanın “Dinamo” stadionları namizəddir.

UEFA bununla bağlı qərarını 2018-ci ilin iyununda açıqlayacaq.

Xatırladaq ki, Atatürk Olimpiya Stadionu 2005-ci ilin mayında İngiltərənin “Liverpul” və İtaliyanın “Milan” komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının finalına ev sahibliyi edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi