TÜRK AVİASİYASININ QIZIL DÖVRÜ

TÜRK AVİASİYASININ QIZIL DÖVRÜ - VİDEO

Türk müdafiə sənayesi 2013-cü ilin avqust ayından etibarən "HÜRKUŞ", "Bayraktar TB2", "AKSUNGUR", "Bayraktar AKINCI TİHA", "Bayraktar KIZILELMA", "HÜRJET", "Bayraktar TB3", "ANKA III" və "KAAN"ı səmaya çıxarıb.

"AzPolitika.info" "Anadolu"ya istinadən xəbər verir ki, Türkiyə müdafiə sənayesi təxminən 10 il ərzində 9 milli platformanın ilk uçuşlarını həyata keçirib.

Qeyd edək ki, Türk Aerokosmik Sənayesi tərəfindən hazırlanan "HÜRKUŞ" ilk uçuşunu 29 avqust 2013-cü ildə, "Baykar" tərəfindən hazırlanan "Bayraktar TB2" isə 29 aprel 2014-cü ildə həyata keçirib.

Türk Aerokosmik Sənayesi tərəfindən inkişaf etdirilən, müşahidə, kəşfiyyat və hücum missiyalarını fasiləsiz yerinə yetirmək qabiliyyətinə malik olan "AKSUNGUR" ilk dəfə 20 mart 2019-cu ildə havaya qalıb.

Faktinfo.az xatırladır ki, Türkiyənin milli döyüş təyyarəsi olan "KAAN" ilk uçuşunu 2024-cü il fervralın 21-də həyata keçirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi