Türk donanması 40 limanda təlimə başladı

Türk donanması 40 limanda təlimə başladı 

Türkiyə ordusunun keçirdiyi “Mavi Vətən–2019” təlimləri çərçivəsində “TCG Kamal rəis” freqatı və “TCG İ.İnönü” sualtı qayığı Bolqarıstanın Varna limanına daxil olub.

Bu barədə Türkiyənin Sofiyadakı səfirliyindən informasiya yayılıb.

“Təlimlərə cəlb olunan qüvvələr tərəfindən 3 dənizdə 33 ölkədaxili və 7 xarici liman daxil olmaqla, ümumilikdə 40 liman ziyarəti həyata keçirilir”, - məlumatda bildirilib.

Qeyd edək ki, təlimlər martın 8-nə qədər davam edəcək.//Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi