Türk lirəsi buna görə ucuzlaşır -

Türk lirəsi buna görə ucuzlaşır - Ekspert

Türk lirəsinin dəyərini itirməsinin əsas səbəbi Türkiyənin özünün iqtisadi vəziyyətidir. Çünki zəlzələdən sonra çoxlu pul lazımdır. Valyuta dəyərlərində və turist sayında isə gözlənilən qədər artım hələ ki yoxdur.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli son iki gündə bir dolların 20,4 lirəyə qalxmasını şərh edərkən deyib.

Ekspert bildirib ki, sözügedən nüanslar ölkəyə valyuta daxilolmalarının azalmasına səbəb olub:

"Seçkilərdən sonra da investorlar Rəcəb Tayyib Ərdoğanın həmin siyasəti (faizləri aşağı çəkmək) davam etdirəcəyini düşünürlər. Ona görə də türk lirəsi ucuzlaşır”.

Onun sözlərinə görə, hazırda Türkiyə hökuməti lirənin ucuzlaşmasının qarşısını heç cür ala bilməz:

"Yalnız böyük həcmdə kredit götürməlidir. O zaman problemi yüngülləşdirmək mümkün ola bilər".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi