Türk ordusu güclü, türk əsgəri peşəkar və... - Stoltenberq

Türk ordusu güclü, türk əsgəri peşəkar və... - Stoltenberq 

Xüsusən terrorla mübarizədə Türkiyə İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyaya infrastruktur təmin etdi. Bunun üçün türk əsgərinə minnətdarıq.

Bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.

“Türkiyənin güclü bir ordusu var. NATO missiyaları və əməliyyatlarına dəstək verir. Əfqanıstandakı missiyamızın qabaqcıl dövlətlərindən biri olan Türkiyə yüzlərlə əsgər ilə illərdir ki, orada mövcuddur. Əfqanıstanda türk əsgərlərini şəxsən gördüm. Türk əsgəri həm peşəkar, həm də əzmkardır. Etdiklərindən təsirləndim”, - Stoltenberq deyib./Axar.az/

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi