Türk polisi yoxa çıxan jurnalistlə bağlı Səudiyyə Ərəbistanın konsulluğuna girdi

Türk polisi yoxa çıxan jurnalistlə bağlı Səudiyyə Ərəbistanın konsulluğuna girdi 

Türkiyə və Səudiyyə Ərəbistanından olan birgə istintaq qrupu jurnalist Camal Xaşuqçinin yoxa çıxması ilə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda təhqiqata başlayıb.

Türkiyə mətbuatı xəbər verir  ki, türk polisinin konsulluğa daxil olması dünyanın əksər mediası canlı yayımda təqdim edib. Lakin jurnalistlərin konsulluğa daxil olmasına imkan verilməyib.

Xatırladaq ki, jurnalist Camal Xaşuqçi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra ondan xəbər alına bilməyib.Strateq.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi