Türkiyə Aralıq dənizində miqyaslı təlim keçirəcək -

Türkiyə Aralıq dənizində miqyaslı təlim keçirəcək - Yunanıstana xəbərdarlıq?

Türkiyə fevralın 25-dən martın 7-nə qədər Aralıq və Egey dənizlərində genişmiqyaslı hərbi-dəniz təlimləri keçirəcəyini elan edib.

«Mavi Vətən-2021» öyrədici təlimlərində həm də Türkiyənin quru qoşunları və hərbi-hava qüvvələri iştirak edəcək. Bu barədə fevralın 23-də «Qazeta Greek Reporter» internet qəzeti yazıb.

Türkiyə hərb idarəsinin xəbərinə görə, təlimlərin məqsədi komanda-qərargah strukturlarının, hissələrin və Türkiyə Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil olan gəmilərin hazırlıq durumunun qiymətləndirilməsindən ibarətdir.

Təlimlərdə 82 gəmi, 5 dəniz-patrul təyyarəsi, 12 dəniz helikopteri və pilotsuz uçaqlar hərəkətə gətiriləcək. Yekun mərhələdə sahilə desant- dəniz piyada bölmələrinin çıxarılacağı nəzərdə tutulur.

Təlimlərə həm də ümumi təyinatlı helikopterlər və Quru Qoşunları Komandanlığının zərbə vintli-qanadlı maşınları, çoxməqsədli “F-16” qırıcıları və N1K təyyarələri (xəbərdaredici və havadan nəzarət) qoşulacaq.

/İki sahil

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər