Türkiyə heyrətləndirir, dünyanın kabusu -

Türkiyə heyrətləndirir, dünyanın kabusu - "Vatoz"lar...

Bir-birinin ardınca hərbi-müdafiə sənayesinin ən müasir məhsullarını hazırlayan qardaş Türkiyə qürurlandırmaqda davam edir. Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” hərəkatında milli silahların üstünlüyünü nümayiş etdirən Türkiyə silahlı pilotsuz dəniz vasitəsi ilə dünyanı növbəti dəfə heyrətləndirmək niyyətindədir.

Publika.az xəbər verir ki, Albayraq Müdafiə Sənayesi və Qara Dəniz Texniki Universitetinin əməkdaşlığı nəticəsində ərsəyə gətirilən "Vatoz" ərazi sularında təhlükəsizliyi təmin edəcək.

"Vatoz" 3 ay sonra Ankarada keçiriləcək bir mərasimdə təqdim olunacaq. "Vatoz"lar Türkiyənin ərazi sularına müdaxilə edən 10 milyard dollarlıq bir təyyarədaşıyan gəminin altına elektromaqnit təsiri sayəsində yapışa və daşıyacağı bomba ilə onu partlada biləcək gücə sahib olacaq.

Ölçü və formasına görə skat (vatoz) balığını xatırladan "Vatoz" dünyada ilk və təkdir.

Suda balina və delfin kimi heyvanların çıxardığı səs xüsusiyyətində olan akustik səs dalğaları ilə idarə edilir. Saatda 10 kilometr sürətlə hərəkət edən "Vatoz"un hərəkət müddəti 10 saatdır. Elektromaqnit qalxanı ilə dəniz canlılarından özünü qoruya bilir. Dəniz vasitəsi birdəfəlik istifadə üçün nəzərdə tutulub.

Göz hissəsində iki kamerası var və inteqrasiya olunmuş 3 mühərrik sistemi ilə işləyir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi