"Türkiyə ilə birlikdə istənilən ambisiyalı vəzifələrin öhdəsindən gələ bilərik”- Putin

"Türkiyə ilə birlikdə istənilən ambisiyalı vəzifələrin öhdəsindən gələ bilərik”- Putin 

“Əminəm ki, Rusiya və Türkiyə gələcəkdə hələ çox yeni, qarşılıqlı sərfəli birgə layihələr reallaşdıracaq”.

 APA.az-ın  Rusiya bürosunun verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin İstanbulda keçirilən "Türk axını" qaz kəmərinin istismara verilməsi mərasimində çıxışında bildirib.

O, ölkəsinin Türkiyə ilə birlikdə istənilən ambisiyalı vəzifələrin öhdəsindən gələ biləcəyini söyləyib.

"Həm enerji, həm də digər sahələrdə Rusiya və Türkiyənin hələ çox yeni, qarşılıqlı sərfəli birgə layihələr reallaşdıracağına əminəm. Biz birlikdə ölkələrimizin, xalqlarımızın, qonşularımızın və tərəfdaşlarımızın rifahı naminə ən mürəkkəb, ambisiyalı məsələləri həll edə bilərik", - deyə Rusiya prezidenti vurğulayıb.

Putin çıxışında Türkiyə hakimiyyətinə və Prezident Rəcəb Tayyib Ərdoğana "Türk axını" qaz kəmərinin vaxtında inşa edilməsi üçün lazım olan addımları atdığına görə təşəkkürünü də bildirib

Qeyd edək ki, bu gün İstanbulda "Türk axını" qaz kəmərinin rəsmi açılış mərasimi keçirilib.

Mərasimdə Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanla yanaşı, Serbiya Prezidenti və Bolqarıstanın Baş Naziri də iştirak ediblər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi