Türkiyə Respublikasının səfiri ADAU-da olub

Türkiyə Respublikasının səfiri ADAU-da olub 

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

 Faktinfo.az xəbər verir ki,Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşən qonaq universitetin Aqrar elm, Təhsil və Cümhuriyyət muzeyi, burada olan eksponatlarla yaxından tanış olub. Muzeyin direktoru Şəhla Məmmədova qonağın maraq göstərdiyi bölmə və eksponatlar barədə dolğun məlumatlar verib.

 Səfir həmçinin, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyət göstərdiyi tarixi binanı gəzib. Qonağı Türkiyənin Gəncədəki Baş konsulu Orhan İşık müşaiyət edib.

Sonda səfir Erkan Özoral muzeyin xatirə kitabına ürək sözlərini və təəssüratlarını yazıb.

Türkiyə Respublikasının səfiri ADAU-da olubTürkiyə Respublikasının səfiri ADAU-da olubTürkiyə Respublikasının səfiri ADAU-da olubTürkiyə Respublikasının səfiri ADAU-da olubTürkiyə Respublikasının səfiri ADAU-da olub
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər