Türkiyə səsdən sürətli raketini hansı ölkəyə verib?

Türkiyə səsdən sürətli raketini hansı ölkəyə verib? 

Türkiyənin “Roketsan” şirkəti tərəfindən istehsan olunan İHA-230 “hava-yer” tipli səsdən sürətli ballistik raketi adı açıqlanmayan ölkəyə ixrac olunub.

Bu barədə şirkətdən məlumat verilib.

“Ölkəmizin ilk səsdən sürətli raketi olan və “Bayraqdar Akıncı” ilə istifadə olunacaq İHA-230-un ilk ixracatını həyata keçirdik. Güclü əməkdaşlığımızı davam etdirərək hər gün ölkəmiz üçün istehsal etməyə və güclənməyə davam edəcəyik”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, TRG-230 raketinin bazası əsasında hazırlanan 150 km mənzilli İHA-230 ötən ilin dekabrında sınaqdan keçirilmişdi./axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi