Türkiyə Silahlı Qüvvələrinin növbəti uğuru- İdlib-Afrin yolu açılıb

Türkiyə Silahlı Qüvvələrinin növbəti uğuru- İdlib-Afrin yolu açılıb 

Türkiyə Silahlı Qüvvələri və ASO-nun Afrində Ömər Simo və Arşali kəndlərini terrorçulardan təmizləməsindən sonra strateji əhəmiyyətli Cindereslə türk əsgəri arasında cəmi 500 metr məsafə qalıb.

Faktinfo.az xəbər verir ki, TSQ Cinderes uğrunda gedəcək döyüşlərdə iştirak üçün Afrinə Sur, Cizrə və Nusaybində aparılan xəndək döyüşlərində təcrübə toplamış hərbçiləri (“Xəndək qəhrəmanları”) cəlb edib.

Qeyd edək ki, Cinderesə irəliləyən türk əsgərinə dəstək məqsədi ilə cənub cəbhəsində hücuma keçən ASO-nun səyləri nəticəsində illərdir bağlı qalan İdlib-Afrin yolu açılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi