Türkiyə Skripal olayında məsuliyyətli davrandı

Türkiyə Skripal olayında məsuliyyətli davrandı - Rusiya

Türkiyə Skripal olayı ilə bağlı məsuliyyətli davrandı və rusiyalı diplomatları deportasiya etmədi.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, bəzi Avropa ölkələri Vaşinqton və Londonun təzyiqlərinə boyun əyərək rusiyalı diplomatları ölkədən qovdu.

Qeyd edək ki, Skripal insidentinə görə dünyanın 28 ölkəsindən 146 rus diplomatı qovulub. ABŞ isə bu rəqəmin 151 olduğunu açıqlayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi