Türkiyə ZAHA hərbi maşınını təqdim etdi - Foto

Türkiyə ZAHA hərbi maşınını təqdim etdi - Foto 

ZAHA zirehli amfibiya hücum vasitəsi yaxın zamanda Türkiyə donanmasının inventarına daxil olacaq.

FNSS şirkəti tərəfindən istehsal edilən hərbi texnika dənizdə maksimum 7 düyün, quruda 70 km/saat sürətlə hərəkət edə bilir. 90 sm-lik şaquli maneələri və 2 metr dərinliyindəki xəndəkləri asanlıqla keçə bilir.

ZAHA 12,7 mm-lik pulemyot və 40 mm avtomatik qumbaraatanla təchiz olunub. Texnika əməliyyat zamanı gəmi ilə sahil arasındakı məsafəni ən sürətli şəkildə qəbuletmə qabiliyyətinə malikdir.

ZAHA əməliyyat başlayarkən sahilə yanaşan gəmilərdən dənizə enir və qoşunları atəş dəstəyi ilə qoruyaraq qısa müddətdə quruya çıxmasına şərait yaradır./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi