Türkiyədən ilk: PUA-lara F-16 raketləri qoşuldu

Türkiyədən ilk: PUA-lara F-16 raketləri qoşuldu 

Türkiyə ilk dəfə olaraq TEBER lazerlə idarəolunan döyüş başlığını “Aksunqur” PUA-sından atıb.

Faktinfo.az Axar.az-a istinadən  xəbər verir ki, bunu müdafiə sənayesi üzrə türk ekspert Qədir Doğan ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, bu təşəbbüslə Türkiyə terrorla mübarizədə yeni səhifə açacaq və PUA texnologiyasında müsbət nəticələr əldə edəcək:

“Türkiyə bu texnikadan əvvəl F-16 və F-4 qırıcılarında çox istifadə edib. F-16 və F-4 kimi platformaların vahid əməliyyat xərcləri olduqca yüksəkdir. Ancaq PUA-larda belə deyil. Biz uzun müddət ərzində bir çox PUA-lara bu platformaları inteqrasiya edib istifadə edə bilərik”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi