Türkiyədən müharibələri dəyişdirəcək həmlə –

Türkiyədən müharibələri dəyişdirəcək həmlə – İsrail KİV yazdı

“Türkiyənin “MURAD” radarı “F-35″ə rəqib olur”.

Bu barədə İsrailin nüfuzlu qəzetlərindən “Maariv” yazıb.

Qəzet ASELSAN tərəfindən hazırlanan “MURAD-100A”  radarının Bayraktar “KIZILELMA” döyüş PUA-sına inteqrasiyasını “oyunun qaydalarını dəyişdirən” bir addım kimi qiymətləndirib:

“Bu radarın “KIZILELMA” üzərində ilk sınaq uçuşu hava döyüşlərində yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir. “MURAD-100A” radarının texniki göstəriciləri, ABŞ-ın beşinci nəsil döyüş təyyarəsi “F-35″-də istifadə olunan AN/APG-81 radar texnologiyasına ciddi şəkildə rəqib ola biləcək səviyyəyə çatıb.

Bu texnoloji nailiyyət Türkiyəni hava hücumundan müdafiə və elektron müharibə sahəsində müstəqil və qlobal səviyyədə söz sahibi olan bir aktora çevirir. Bu addımın yalnız Türkiyənin milli müdafiə sənayesi üçün deyil, qlobal hərbi balans baxımından da önəmli təsirləri ola bilər”./Qlobalinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi