Türkiyədən tankları raketlərdən qoruyacaq sistem

Türkiyədən tankları raketlərdən qoruyacaq sistem 

Türkiyənin ASELSAN müdafiə sənayesi şirkəti tankları və digər zirehli texnikanı qorumaq üçün aktiv müdafiə sistemi hazırlayıb.

Avropa.info xəbər verir ki, şirkətin mühəndis və konstruktorlarının əsas hədəfi Türkiyə hərbi inventarında olan Leopard 2 və M60 tanklarının modernizasiyasıdır. Bu sistemi Altay tanklarına qurmaq planlaşdırılır.

PULAT adını alan sistem tankın mühafizəsini gücləndirən cihazların qurulmasını nəzərdə tutur. PULAT ilk növbədə tank əleyhinə uzaqdan idarə olunan raketin yaxınlaşdıqda tank ətrafında elektron küy yaradır. Bununla tank əleyhinə raket ya məhv edilir, ya da təsir qüvvəsi zəifləyir.

PULAT sisteminin hazırlanmasında bu sahədə ən yeni texnologiyalardan istifadə olunub.

Türkiyədən tankları raketlərdən qoruyacaq sistem
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi