Türkiyəli professor ABŞ istehsalı olan siqaretlərin baykot edilməsini təklif etdi

Türkiyəli professor ABŞ istehsalı olan siqaretlərin baykot edilməsini təklif etdi 

İstanbul Tibb Elmləri Universitetinin rektoru professor Cevdət Ərdol Türkiyə vətəndaşlarını bütün tütün məhsullarını, o cümlədən ABŞ istehsalı olan məhsulları boykot etməyə və siqareti tərgitməyə çağırıb.

Faktinfo.az Axar.az-a istinadən xəbər verir ki, professor Ümumdünya Səhiyyə Təşkilatının göstəricilərinə əsasən Türkiyədə kişilərin 31 faizinin, qadınların isə 12 faizinin siqaret çəkməklə bağlı yaranan xəstəliklər nəticəsində dünyasını dəyişdiyini açıqlayıb.

Onun sözlərinə görə, Türkiyənin tütün bazarının 98 faizinə xarici şirkətlər nəzarət edir.

“Bunların 70 faizi ABŞ şirkətləridir. Onların ümumi gəliri məişət istehlak xərclərinin 11 faizinə bərabərdir. Onlar eyni zamanda istehsal etdikləri tütün məhsullarının səbəb olduğu xəstəliklərin müalicəsi üçün dərman satmaqla da pul qazanırlar. ABŞ-ın qlobal ağılsızlığına ən layiqli cavab onun istehsal etdiyi məhsulların boykotu və qadağan edilməsi ola bilər”, - professor bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi